Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Eko-region” adlı layihə çərçivəsində Xocalı rayon Kosalar kənd tam orta məktəbinin şagirdləri arasında ekoloji maarifləndirmə tədbiri keçirildi

1/1




  •         Bakı Dövlət
    Universitetində Biologiya fakültəsində təhsil alan 3-cü kurs tələbəsi, Bakı
    şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin məzun könüllüsü Bahar Rəsulzadənin “Eko-region”
    adlı layihəsi çərçivəsində Xocalı rayon Kosalar kənd tam orta məktəbinin
    şagirdləri arasında ekoloji maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Gəncə "ASAN xidmət" mərkəzinin məsul işçisi Pərvin Quliyev, “Yaşıl
    ASAN”çılar, Göygöl Milli Parkının Elmi işlər və ekoturizm üzrə direktor müavini Fuad Quliyev, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.

             Əvəvlcə
    tədbir iştirakçılarına Göygöl Milli Parkı haqqında hazırlanmış bukletlər
    paylanıldı.

    Sonra Bahar Rəsulzadənin izahı
    əsasında ekoloji problemlərdən, onların həlli istiqamətində görülən işlərdən,
    ekoloji mühitin saflaşdırılması, yaşıllıqların
    artırılması, qorunması və digər istiqamətlərdə hazırlanmış slayd nümayiş
    etdirildi. Layihənin təşəbbüskarı şagirdlərə ekoloji maariflənirmə ilə bağlı məlumatlar çatdırdı.

             Gəncə "ASAN xidmət" mərkəzinin məsul işçisi Pərvin Quliyev çıxışında layihənin əhəmiyyətindən
    danışdı. Ətraf mühiti təmiz saxlamağın, təbiəti qorumağın hər birimizin borcu
    olduğunu diqqətə çatdırdı. Əhalinin, ictimaiyyətin ekoloji mədəniyyətinin müasir tələblər səviyyəsində
    formalaşması ölkədə ekoloji cəmiyyətin bərqərar olması üçün vacib olduğunu
    bildirdi.

             Göygöl Milli Parkının Elmi işlər və ekoturizm üzrə direktor müavini Fuad Quliyev Göygöl Milli Parkının flora və faunasından, milli parkın
    yaranma tarixindən və turizm marşurutlarından məlumat verdi. Ekoloji bilgilərin,
    məlumatların zəif olması ətraf mühitin çirklənməsinə, təbiətin dəyişikliyə
    məruz qalmasına və bir sıra neqativ nəticələrə gətirib çıxardığını vurğuladı. Şagirdləri təbiəti sevməyə və qorumağa çağırdı.

             Tədbirdə
    IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq
    Dialoq) İctimai Birliyinin "Azərbaycanın 9 möcüzəsi" adlı layihəsi çərçivəsində
    çəkilmiş "Göygöl Milli Parkı" sənədli film nümayiş etdirildi.

             Qeyd edək
    ki, 3 gün davam edəcək layihəsinin 2-cü günündə Gəncə şəhəri ərazisində
    salınmış 600 ailəlik qəsəbədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı
    ildönümünə həsr olunmuş “Hər ağac, bir gələcək!” adlı ağacəkmə aksiyası keçiriləcək.
    Layihə Gəncə şəhəri Hacıkənd qəsəbəsində məişət tullantılarının təmizlənilməsi aksiyası ilə yekunlaşacaq.  

             



             














































    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib56 dəfə
    “Eko region” adlı layihə çərçivəsində Xocalı rayon Kosalar kənd tam orta məktəbinin şagirdləri arasında ekoloji maarifləndirmə tədbiri keçirildi

    Maraqlı gələ bilər
    56
    16
    64
    49